...

Bakıda evdə baş verən yanğın zamanı iki azyaşlı bacı ölüb

Hadisə Materials 29 İyun 2022 11:09 (UTC +04:00)
Bakıda evdə baş verən yanğın zamanı iki azyaşlı bacı ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə nəticəsində xəsarət alan iki bacı - 2021-ci il təvəllüdlü Fatimə Abbasova və Zəhra Abbasova yanıq xəsarətindən ölüblər.

Hadisə zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti