...

Ağcabədidə ev yanaraq külə dönüb (FOTO)

Hadisə Materials 27 İyul 2022 13:45 (UTC +04:00)
Ağcabədidə ev yanaraq külə dönüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi.Trend:

Ağcabədidə yanğın hadisəsi baş verib. Yanğın zamanı 4 otaqlı ev və yardımçı tikili tamamilə yanıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.

Gecə saatlarında Ağcabədi rayon sakini Ramin Fərzəliyevə məxsus 4 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Bundan başqa evdən kənarda yerləşən yardımçı tikilidə də yanğın baş verib. Ev sahibi Ramin Fərzəliyevin sözlərinə görə, yanğın baş verən zaman onlar Göyçay rayonunda olublar.

Hadisə yerinə dərhal FHN-in Ağcabədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də, ev və yardımçı tikili əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti