...

İŞİD terrorçuları İraq ordusunun mövqelərinə hücum edib

Hadisə Materials 27 Avqust 2022 01:29 (UTC +04:00)
İŞİD terrorçuları İraq ordusunun mövqelərinə hücum edib

Bakı. Trend:

“İslam Dövləti” terror təşkilatının silahlıları ölkənin şərqində yerləşən Diyala vilayətində İraq ordusunun mövqelərinə iki hücum həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Baghdad al-Yaum" xəbər portalı bildirib.

Məlumata əsasən, terrorçuların vilayətin qərbində ilk hücumunda bir İraq əsgəri ölüb, digəri yaralanıb. Bildirilib ki, Diyalanın mərkəzində həyata keçirilən ikinci hücumda ümumilikdə 5 əsgər ölüb və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti