Bakı. Trend:
Kubanın qərbindən keçən "İen" qasırğasının fəsadlarına görə ölkənin bütün ərazisi işıqsız qalıb.
Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində "Union elektrika" şirkəti bildirib.
"Milli enerji sistemi müstəsna vəziyyətdədir: sıfır elektrik enerjisi istehsalı (ölkə elektrik təchizatsız qalıb). Bu çətin vəziyyət həm də infrastruktura təsir edən hava təsirləri ilə bağlıdır", - deyə qeyd olunub.
Bildirilib ki, elektrik şəbəkəsi tədricən bərpa olunacaq.