...

Sumqayıtda iki azyaşlı bacının qida zəhərlənməsindən öldüyü bildirilir

Hadisə Materials 16 Noyabr 2022 15:39 (UTC +04:00)
Sumqayıtda iki azyaşlı bacının qida zəhərlənməsindən öldüyü bildirilir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda bir ailənin iki azyaşlı övladının qida zəhərlənməsindən dünyasını dəyişdiyi bildirilir.

Trend-in məlumatına görə, azyaşlılar yemək yedikdən sonra halları pisləşib və onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişib.

Sumqayıt şəhər sakinləri, 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı və bacısı 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızının meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Sumqayıt Tibb Mərkəzindən Trend-ə verilən məlumatda bildirilir ki, eyni ailənin üzvü olan iki azyaşlı bu gün saat 05:35-də valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti