...

Gəncədə ötən gün baş verən silahlı insidentdə bıçaqlanan şəxs ölüb

Hadisə Materials 12 Dekabr 2022 07:44 (UTC +04:00)
Gəncədə ötən gün baş verən silahlı insidentdə bıçaqlanan şəxs ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində baş verən silahlı insidentdə bıçaqlanan Niyazi Bayramov dünyasını dəyişib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məluma verilib.

Xatırladaq ki, ötən gün Gəncədə 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti