...

Kəlbəcərdə minaya düşən mülki şəxslərin adları məlum oldu

Hadisə Materials 15 Dekabr 2022 14:05 (UTC +04:00)
Kəlbəcərdə minaya düşən mülki şəxslərin adları məlum oldu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər rayonu ərazisində minaya düşən 7 nəfərdən 3-ü Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasına göndərilib.

Trend-ə əldə etdiyi məlumata görə, minaya düşən Qusar rayon sakini, 1969-cu il təvəllüdlü Radiq Pənahov baldır sümüyünün sınığı, Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Siyasət Allahverdiyev hər iki daban sümüyünün sınığı, Qusar rayon sakini, 1996-cı il təvəllüdlü Sadir Əliyarov isə sağ daban sümüyünün sınığı, baldır sümüklərinin qəlpəli yarası diaqnozu ilə xəstəxanaya daxil olublar. Hər 3 xəstənin vəziyyti orta ağırdır, onlara lazımi tibbi yardım göstərilir.

Xatırladaq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı və 4 hərbi qulluqçu Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.Hadisə nəticəsində 1 hərbi qulluqçu şəhid olub, 7 nəfər isə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb, onlardan 123 nəfər mülki şəxs, 153 nəfər hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu), 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti