Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.