...

Sumqayıtda vəkil özünü öldürdü

Hadisə Materials 5 Fevral 2023 11:01 (UTC +04:00)
Sumqayıtda vəkil özünü öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda vəkil intihar edib.

Trend-in məlumatına görə, vəkil Vüsal Mirzəyev Sumqayıtda yaşadığı binanın qarşısında özünü qaz borusundan asıb.

V.Mirzəyev Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Faktı Azərbaycan Vəkillər Kollegiyası təstiq edib.

Xatırladaq ki, V. Mirzəyev bir müddət əvvəl yol qəzası törətməkdə təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilmişdi. Ötən il Sumqayıt Apellyasiya Məhkəməsi qərarı ləğv edərək onun barəsində bəraət hökmü çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti