...

Türkiyənin Kahramanmaraş vilayətinə zəlzələ nəticəsində çox ciddi zərər dəyib

Hadisə Materials 6 Fevral 2023 17:12 (UTC +04:00)
Türkiyənin Kahramanmaraş vilayətinə zəlzələ nəticəsində çox ciddi zərər dəyib

Bakı. Trend:

Dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətinin hakim orqanları tərəfindən təbii fəlakət nəticəsində dəymiş zərərin çox ciddi olduğunu bildirilib.

Trend-in məlumatına görə, bu barədə Kahramanmaraş valisi Ömər Faruk Coşqun deyib.

"Hazırda qurbanların və xəsarət alanların sayını açıqlaya bilmirik. Zərər çox ciddidir" - TRT telekanalına istinadən vali deyib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti