...

Biləsuvarda fin tipli ev yanıb

Hadisə Materials 18 Fevral 2023 09:26 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar rayonunun Səmədabad kəndində ümumi sahəsi 80 m² olan fin tipli birmərtəbəli evin yanar konstruksiyaları 55 m² sahədə və içərisindəki əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti