...

Bakıdakı atışmada ölən və xəsarət alanların adları məlum oldu

Hadisə Materials 4 Mart 2023 13:26 (UTC +04:00)
Bakıdakı atışmada ölən və xəsarət alanların adları məlum oldu

Bakı. Trend:

Bu gün Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident zamanı ölən və yaralananların adları məlum olub.

Trend xəbər verir ki, ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O, başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğludur, o, kürək nahiyəsindən 2 güllə yarası alıb.

Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti