...

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb

Hadisə Materials 16 Mart 2023 18:28 (UTC +04:00)

Bakı. Trend:

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti