...

Bakı-Sumqayıt yolunda əməliyyat keçirildi, heroin alverçisi yaxalandı

Hadisə Materials 21 Aprel 2023 11:21 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda əməliyyat keçirildi, heroin alverçisi yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda heroin alverçisinə qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Əliyev Mehdi Ağamehdi oğlu Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, “Riyad" ticarət mərkəzinin yaxınlığında saxlanılıb Abşeron RPİ-nə gətirilib. İdarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ cibindən bir ədəd sarı rəngli selofan bükümdə çəkisi 14,463 qram olan külli miqdarda, küstar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

20.04.2023-cü il tarixdə Əliyev Mehdi Ağamehdi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti