...

Bərdədə silahlı insident olub, yaralanan var

Hadisə Materials 22 Aprel 2023 20:57 (UTC +04:00)
Bərdədə silahlı insident olub, yaralanan var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti