...

Masallıda arvadını öldürən şəxs intihara cəhd edib

Hadisə Materials 7 May 2023 10:25 (UTC +04:00)
Masallıda arvadını öldürən şəxs intihara cəhd edib

Bakı. Trend:

Mayın 7-si saat 08 radələrində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti