...

Yanan evin içindən avtomat kalaşnikov çıxdı

Hadisə Materials 19 İyul 2023 20:43 (UTC +04:00)
Yanan evin içindən avtomat kalaşnikov çıxdı

Bakı. Trend:

Biləsuvar rayonunda yanğın qeydə alınıb. Yanğın baş verən evdən avtomat tapılıb.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Eldəniz Mehdiyevə məxsus evdə yanğın başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, xəsarət alan və ya yaralanan olmasa da, ev yararsız hala düşüb.

Hadisə baş verən evdə yanğınsöndürənlər tərəfindən avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti