...

Həyətində narkotik yetişdirən şəxs saxlanılıb

Hadisə Materials 20 İyul 2023 09:31 (UTC +04:00)
Həyətində narkotik yetişdirən şəxs saxlanılıb

Bakı. Trend:

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Sərxan Bağırovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə baxış zamanı oradan ümumi çəkisi 18 kq 604 qram olan 51 ədəd çətənə aşkar edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti