...

“Azərişıq”ın əməkdaşı dirəkdən yıxılıb öldü

Hadisə Materials 20 İyul 2023 09:49 (UTC +04:00)
“Azərişıq”ın əməkdaşı dirəkdən yıxılıb öldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərişıq ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.

Trend xəbər verir ki, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Azərişıq ASC-nin əməkdaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti