...

Suraxanıda yataqxanada yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Oktyabr 2023 17:14 (UTC +04:00)
Suraxanıda yataqxanada yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

XXX

17:05

Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti