Bakı. Trend:
Türkiyə-İran sərhəddindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınmışdır. Zəlzələ Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.
Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.
xxx
19:14
Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.
xxx
19:03
Bu gün Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
Trend xəbər verir ki, saat 18:58-də qeydə alınan zəlzələ daha çox Naxçıvan şəhərində hiss olunub.
Zəlzələ təxminən 5-7 saniyə davam edib.