...

Azərbaycanda bir gündə eyni ərazidə ardıcıl ikinci ZƏLZƏLƏ BAŞ VERDİ

Hadisə Materials 21 Noyabr 2023 21:23 (UTC +04:00)
Azərbaycanda bir gündə eyni ərazidə ardıcıl ikinci ZƏLZƏLƏ BAŞ VERDİ

Bakı. Trend:

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.

Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, bu gün Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz ərazisində daha bir zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərdə zəlzələnin maqnitudası 3.1, dərinliyi 6 km olub. Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti