Bakı. Trend:
Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın davam edir.
Trend xəbər verir ki, yanğın 7 hektar ərazini əhatə edib.
Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
XXX
00:59
Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın olub.
Trend xəbər verir ki, yanğın 7 hektar ərazini əhatə edib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğının söndürülməsi işləri davam etdirilir.