...

Azərbaycanda qadın keysəriyyə əməliyyatından sonra öldü (YENİLƏNİB)

Hadisə Materials 25 Dekabr 2023 10:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.

Qurumdan Trend-ə bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

xxx

09:43

Ötən gün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Trend xəbər verir ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib.

Qeyd edək ki, onun üç övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti