...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 26 Dekabr 2023 08:38 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı və 1 ədəd pəncərə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti