...

İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 13 Mart 2024 08:43 (UTC +04:00)

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən Alim Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Alim Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 min manatdan artıq pulunu və dəyəri 35 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Alim Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Xəbər lenti

Xəbər lenti