...

Bərdədə yol qəzası: xəsarət alanlar var (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 21 Mart 2024 16:52 (UTC +04:00)
Bərdədə yol qəzası: xəsarət alanlar var (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alanların adları məlum olub.

Trend-in yerli müxbiri xəbər verir ki, qəza nəticəsində 1992-ci il təvəllüdlü Musayev Elvin Ədil oğlu, 1994-cü il təvəllüdlü Azadlı Vətən Elçin oğlu, 2006-cı il təvəllüdlü Quluyev İlkin Bəhruz oğlu, 2009-cu il təvəllüdlü Quluyev Valeh Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

xxx

15:52

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan 2 avtomobili və 3 nəfəri vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti