...

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 24 May 2024 09:08 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Xəbər lenti