...

Sabunçuda birmərtəbəli ev yanıb

Hadisə Materials 23 İyul 2024 21:31 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² və dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti