...

Bakıda yanğına görə bağlanan prospektdə hərəkət bərpa edildi (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 27 Sentyabr 2024 15:41 (UTC +04:00)
Bakıda yanğına görə bağlanan prospektdə hərəkət bərpa edildi (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

xxx

14:01

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür.

XXX

13:48

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti