...

Abşeronda 900 manatlıq samovarlar oğurlanıb

Hadisə Materials 17 Fevral 2025 11:29 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhəri və Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti