...

Milli Qəhrəman Salatın Əsgərovanın oğlunun vəziyyəti AÇIQLANDI

Hadisə Materials 12 Mart 2025 10:40 (UTC +04:00)
Milli Qəhrəman Salatın Əsgərovanın oğlunun vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Bildirib ki, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

"Yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur",- deyə o əlavə edib.

Qeyd edək ki, jurnalist Ceyhun Əsgərov dünən gecə alkoqoldan zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti