...

Abşeronda 43 yaşlı qadın dəm qazından boğuldu

Hadisə Materials 2 Fevral 2026 09:35 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda 43 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Trend-in məlumatına görə, hadisə ötən gün saat 19-20 radələrində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan E.Seyidova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti