...

Mingəçevirdə ana və övladları dəm qazından zəhərləndi

Hadisə Materials 5 Fevral 2026 09:34 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 38 yaşlı Nübar Yusifova və onun övladları — 16 yaşlı D. Yusifli, 12 yaşlı N. Yusifli və 10 yaşlı E. Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildikdən sonra evə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti