...

Azərbaycanın Quba rayonunda aşkarlanan insan məzarlığının tam araşdırılması üçün təkliflər zərfi hazırlanır

Hadisə Materials 13 Aprel 2007 14:45 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda aşkarlanan insan məzarlığının tam araşdırılması üçün təkliflər zərfi hazırlanır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Quba rayonunda aşkarlanan insan məzarlığının tam araşdırılması üçün ərazinin daha geniş qazılması təklifi ilə çıxış edəcək. Bu barədə cümə günü Trend ə açıqlama verən institutun direktor müavini Nəcəf Müseybli bildirib ki, ekspedisiyanın ilkin nəticələri yaxın günlərdə institutun Elmi Şurasında müzakirə olunacaq və araşdırmanın tam aparılması üçün ərazinin qazılmasına dair akademiyanın rəhbərliyi qarşısında məsələ qaldırılacaq. Onun sözlərinə görə, ilkin ekspertiza zamanı 40-a yaxın insan bədəninin qalıqları aşkarlanıb. "Ərazi daha geniş qazılsa, bu rəqəm bir neçə dəfə arta bilər" - deyə Müseybli bildirib . Müseybli onu da deyib ki, artıq institutun ekspertləri bir neçə gün öncə Neftçalada aşkarlanan insan bədəni qalıqlarının ekspertizasını aparmaq məqsədilə bu şəhərə gediblər.

Qubada şəhər stadionunun tikilməsi məqsədilə aparılan qazıntılar zamanı kütləvi şəkildə insan bədəni qalıqları aşkarlanmışdı. İlkin ekspertiza zamanı ərazidə uşaqların, qocaların kütləvi və intizamsız şəkildə basdırıldığı məlum olub.

Xəbər lenti

Xəbər lenti