...

Evdə işləmək yorucu və az məhsuldardır

Maraqlı Materials 11 Noyabr 2011 19:24 (UTC +04:00)
İnternet-texnologiyaların inkişafı əməkdaşın ofisə getmədən, çox vaxt birbaşa evdən çalışmağını getdikcə daha populyar iş növünə çevirir.
Evdə işləmək yorucu və az məhsuldardır

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir X.Murtuzayeva/

İnternet-texnologiyaların inkişafı əməkdaşın ofisə getmədən, çox vaxt birbaşa evdən çalışmağını getdikcə daha populyar iş növünə çevirir. Hesab edilir ki, pul qazanmağın bu variantı bir çox üstünlüklərə malikdir. Məsələn, bu, peşəkar işlə şəxsi həyat arasında balans tapmağa imkan verir. Bu barədə "The Telegraph" qəzeti yazır.

Trend-in məlumatına görə, lakin tədqiqatlar göstərir ki, belə işləmək təcrübəsi müəyyən dərəcədə az məhsuldardır. Evdə çalışan insan ofislə ailə öhdəlikləri arasında az qala "parçalanır".

Bu mövzu ətrafında araşdırmanı Renseller İnstitutundan amerikalı alim Timoti Qold aparıb. O, iri kompüter şirkətinin ofisdən kənarda çalışan 316 əməkdaşı arasında sorğu aparıb. Onlardan nə vaxtsa ev işlərinin onlara mane olması, ailə ilə bağlı problemin qulluq öhdəliklərinin yerinə yetirilməsi üçün diqqəti toplamağa imkan verməməsi halları barədə danışmaq tələb olunub.

Məlum olub ki, rəyi soruşulanların bəzilərində ofis işi ilə ev işləri arasında "münaqişə" mövcuddur. İşlərin hamısını dərhal yerinə yetirməyə cəhd edən belə adamlar bir qayda olaraq günün sonunda iş və qeyri-iş vaxtının dəqiq bölgüsünü aparan adamlara nisbətən daha çox yorulurlar. Bu barədə "Biznes və psixologiya" jurnalında dərc edilmiş məqalədə deyilir.

Bununla yanaşı, bu zaman şəxsin ənənəvi 8 saat ərzində çalışmasının və ya ştatdankənar işçilərin etdiyi kimi, öz qrafiki üzrə işləməsi o qədər də mühüm rol oynamır. Evdə çalışmasına baxmayaraq insan "işdə əriyir".

Bu fenomenin izahını "Working Mums" saytının redaktoru Menfi Qarner təklif edib. Onun sözlərinə görə, insan evdə çalışarkən ailə üzvləri daxil olmaqla, digər adamlar onun bekar olduğunu hesab edirlər. Belə vəziyyətdən qaçmaq üçün ekspert müxtəlif işlər üçün ayrılan vaxtın dəqiq bölünməsini və ofis işlərini yerinə yetirmək üçün mənzildə ayrıca küncün ayrılmasını məsləhət görür.

Xəbər lenti

Xəbər lenti