...

Soyuducular əti zərərli edir

Maraqlı Materials 14 Noyabr 2011 11:21 (UTC +04:00)
Pakistanın Tibb İnstitutunda çalışan qastroenteroloq Vasim Havaca ətin soyuducuda saxlanmasından imtina etməyə çağırır.
Soyuducular əti zərərli edir

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Pakistanın Tibb İnstitutunda çalışan qastroenteroloq Vasim Havaca ətin soyuducuda saxlanmasından imtina etməyə çağırır. Onun fikrincə, məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır.

"Çalışın həmişə təzə və sağlam ətdən istifadə edin. Bu qaydaya əməl olunmazsa, mədə-bağırsaq traktındakı pozulmalar qaraciyər, böyrək və beyin patologiyalarına səbəb ola bilər. Qida pozulmalarının ən başlıca səbəbi qidalanmada donmuş ətdən istifadə və yemək hazırlanarkən temperatur rejiminə əməl olunmamasıdır. Belə mühitdə bakteriyalar sürətlə çoxalır", - Havaca izah edir.

Xəstə heyvanların ətində faydalı proteinlər və vitaminlər, demək olar, olmur. Bu zaman insanda hepatitlə yanaşı, ölümcül təhlükəli botulizmin baş qaldırması da son dərəcə realdır. Bununla əlaqədar Vasim Havaca müntəzəm olaraq hotellərdə qidalanmaqdan, açıq yerlərdən qida məhsulları almaqdan çəkinməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti