...

Yeni test hipertoniyanın səbəbini bir neçə dəqiqəyə aşkara çıxarır

Maraqlı Materials 30 Noyabr 2011 11:46 (UTC +04:00)
Həkimlər yüksək qan təzyiqinin səbəbini aşkara çıxarmağa qadir olan test barədə məlumat veriblər. Belə ki, bu, hipertoniyanın müalicəsini gücləndirməyə imkan verir.
Yeni test hipertoniyanın səbəbini bir neçə dəqiqəyə aşkara çıxarır

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Həkimlər yüksək qan təzyiqinin səbəbini aşkara çıxarmağa qadir olan test barədə məlumat veriblər. Belə ki, bu, hipertoniyanın müalicəsini gücləndirməyə imkan verir. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Söhbət böyrəküstü vəzin xəstəliyi olan Kona sindromundan gedir. Hesab edilir ki, hipertoniya ilə bağlı hər iyirmi halın arxasında həmin sindrom durur.

Halbuki bu yaxınlaradək həmin sindromu aşkara çıxarmaq çətin idi. Bunun üçün venalardan götürülən qanın mürəkkəb silsilə analizlərinin aparılması tələb olunurdu. Kembric Universitetinin ekspertləri isə sadəcə olaraq skanetmə yolu ilə problemi tapmağa qadir olunduğunu təsdiqləyirlər.

Bu, RET-ST skanetmə sayəsində mümkün olub. Onun mahiyyəti böyrəküstü vəzlərdə qəpik böyüklüyündə kiçik çıxıntıların axtarışından ibarətdir. Bu xoşxassəli törəmələr "adenomalar" adlanırlar. Onlar həddindən artıq aldosteron hormonu ifraz edirlər ki, bu da təzyiqin yüksəlməsinə səbəb olur.

11C-metomidat radioaktiv indikatoru adenomaları skan etmək üçün işıqlandırır. Onlar aşkar olunan kimi adenomaları dərhal cərrahiyyə əməliyyatı yolu ilə götürmək və ya aldestoron hormonunun effektini azaltmağa imkan verən preparatdan istifadə etmək olar. Bu, ürək tutmaları və insult təhlükəsi yaradan hipertoniyanın qarşısını almağa imkan verir.

Texnologiyanı artıq 44 pasiyentin üzərində sınaqdan keçirmək mümkün olub. Tədqiqat qrupunun rəhbəri, professor Morris Braunun sözlərinə görə, təklif olunan test xüsusilə yaşlı pasiyentlər üçün daha faydalı və rahatdır.

Xəbər lenti

Xəbər lenti