Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir X.Murtuzayeva/
Qan təzyiqini əvvəlcə sağ, sonra isə sol qolda ölçərkən göstəricilərdə fərqin olduğunu görmək mümkündür. Mütəxəssislərin fikrincə, həmin uyğunsuzluq insanın ürək xəstəliklərindən ölməsi riskinin yüksək olmasından xəbər verir. Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən xəbər verir.
Belə ki, 15 millimetrlik civə sütunundakı sistoloji arterial təzyiq arasındakı fərq daha çox ayaqlara və pəncələrə qan aparan arteriaların bərkiməsi ilə bağlıdır.
Bu fakt periferik damar xəstəliyi təhlükəsini 2,5 dəfə artırır. Periferik damar xəstəliyi ayaq arteriyalarının daralması və bərkiməsidir. Bu halda qanın beynə daxil olmasına təsir edən serebrovaskulyar xəstəliklərin və insult riskinin ehtimalları 1,5 dəfə artır.
Tədqiqatın rəhbəri Kristofer Klarkın sözlərinə görə, bir əldə qanın axını pis olduğundan göstərici aşağı ola bilər. "Bu isə arteriyaların qaydasında olmamasından xəbər verir. Yeri gəlmişkən, təzyiqi qiymətləndirərkən ən yüksək göstəricilərə əsaslanmaq lazımdır".
Mütəxəssislər həkimləri və pasiyentlərin özlərini həmişə hər iki əldə ölçmə aparmağa çağırırlar. Bununla hətta hipertoniyadan əziyyət çəkməyən adamların damar sistemində ilkin dəyişiklikləri müəyyən etmək mümkündür.