...

Bakteriyaları 60 saniyəyə məhv edən yeni diş məcunu

Maraqlı Materials 12 İyul 2012 19:13 (UTC +04:00)
Bu yaxınlarda edilmiş kəşf dişləri bakteriyalar üçün əlçatmaz edir və o, stomatoloqlara baş çəkmələrə son qoya bilər.
Bakteriyaları 60 saniyəyə məhv edən yeni diş məcunu

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir X.Murtuzayeva/

Bu yaxınlarda edilmiş kəşf dişləri bakteriyalar üçün əlçatmaz edir və o, stomatoloqlara baş çəkmələrə son qoya bilər. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Çili stomatoloqlarının hazırladıqları "Keep 32" adlı yeni kimyəvi tərkib kariesin əmələ gəlməsinə səbəb olan bakteriyaları cəmi 60 saniyəyə məhv edir.

ABŞ-ın Yel Universitetindən Xose Kordoba və Çili Universitetindən Erik Astudilyo məhsulun bazara 14-18 aydan sonra çıxarılacağını təsdiqləyiblər.

Tərkibi hətta yemək vaxtı dişləri zədələyən bakteriyaların təsirini dayandırmaq üçün qidaya əlavə etmək olar.

Hazırda bu layihəyə sərmayə qoymağa və ya patentin alınmasına maraq göstərən beş şirkətlə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti