...

Çəkmədiyi siqaretin pulunu yığaraq dördmərtəbəli ev aldı

Maraqlı Materials 18 Sentyabr 2012 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir M.Salmanov/

Türkiyənin Ordu əyalətinin sakini Ali Elik 23 il boyunca hər gün siqaret pulunu yığaraq 4 mərtəbəli ev almağı bacarıb. Bu barədə Trend çərşənbə axşamı Türkiyə mətbuatına istinadən məlumat verir.

Ayaqqabı boyamaqla məşğul olan Elik ömrü boyu siqaretdən istifadə etməyib. 7 uşaq atasının sözlərinə görə, siqaret çəkəcəyi halda xərcləyəcəyi pulla nələr edə biləcəyini düşünürək belə addım atmağa qərar verib.

"1989-cu ildə maşinist peşəsini buraxdıqdan sonra sığortamı necə ödəyəcəyim barədə düşünməyə başladım. Heç vaxt siqaret çəkməmişəm. Hər gün siqaret çəkdiyimi hesab edərək ona xərcləyəcəyim pulu həyat yoldaşıma verdim. İlk yığdığım pulla sığortamı ödəyib təqaüdə çıxdım. 7 uşağımız var, evə sığışmırdıq, çox uşaqla kirayədə qalmaq problem yaradırdı. Həyat yoldaşımla birgə evimizin olması barədə qərar verdik", - Elik deyib.

Xəbər lenti

Xəbər lenti