...

Cəkisi yaşından 10 dəfə ağır gələn körpə

Maraqlı Materials 28 Yanvar 2013 05:22 (UTC +04:00)
4 yaş yarımlıq olan bu qızın nə az, nə çox - düz 45 kq çəkisi var. Qeyri-normal çəkiyə malik bu körpə 2008-ci ildə Türkiyədə dünyaya gəlib.
Cəkisi yaşından 10 dəfə ağır gələn körpə

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Qəzvini/

4 yaş yarımlıq olan bu qızın nə az, nə çox - düz 45 kq çəkisi var. Qeyri-normal çəkiyə malik bu körpə 2008-ci ildə Türkiyədə dünyaya gəlib.

Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, Yazgülü Özün adlı qız 3 kq 820 qr çəkidə doğulub.

Körpənin normal çəkidə doğulmasına rəğmən, Yazgülü Özün artıq 2 yaş yarımında 30 kq olub.

Valideynlərinin sözlərinə görə, onlar körpəni bir müddət Türkiyədə müalicə etdirsələr də, bunun heç bir nəticəsi olmayıb.

Tibb personalı ailəyə xaricə getməyi məsləhət bilib. Çünki belə xəstəliyin Türkiyədə deyil, xaricdə müalicəsi mümkündür. Buna isə ailənin maddi gücü çatmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti