...

Bəyənməyib atdığımız əşyalardan əsl sənət əsəri... (FOTO)

Maraqlı Materials 16 May 2015 20:00 (UTC +04:00)
Tovuzda yaşayan 59 yaşlı usta Tahir Həsənov məhz bu işlə məşğuldur.
Bəyənməyib atdığımız əşyalardan əsl sənət əsəri... (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Köhnə, yararsız, bəyənməyib atdığımız əşyalardan əsl sənət əsəri yarana bilərmiş. Tovuzda yaşayan 59 yaşlı usta Tahir Həsənov məhz bu işlə məşğuldur.

T.Həsənovun tam orta təhsili belə yoxdur. Amma Allah ona istedad verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, o, 30 ildən artıqdır qeyri-adi əşyalar düzəltməklə məşğuldur. T.Həsənov rəssamlıq həvəsinin onu irəli apardığını deyir. Təhsili olmadığından ilk illər riyazi hesablamalara ehtiyac olan əşyaları hazırlaya bilməsə də, daha sonra bunun da öhdəsindən gəlməyi bacarıb.

Hazırda dostunun sifarişi ilə dahi şair Nizami Gəncəvinin saç, şüşə, sim və gül ləçəklərindən hazırladığı portreti üzərində çalışan usta bir ay vaxt ayırdığı sənət əsərinin daha möhtəşəm olduğunu deyir. T.Həsənov bir məsələdən narahatdır - o, vaxt sərf etdiyi əşyalara qiymət verilmədiyini bildirir.

2 övlad atası olan T.Həsənov heç kimin onun sənətinə maraq göstərib öyrənmədiyini bildirir. Xüsusi alətlərlə hazırladığı qeyri-adi görünüşlü əşyaları isə yalnız evinin qarşısında satmaqla pul qazanmağa çalışır. Tovuzlu usta gələcəkdə hazırladığı əsərlərin sərgisini təşkil etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti