Bakı. Trend:
Türkiyədə inşaat ustası işləyən azərbaycanlı Aqşin Güləliyevin pianoda ifa etməsi sosial medianın gündəminə çevrilib.
Trend-in “Habertürk”ə istinadən verdiyi məlumata görə, A.Güləliyevin ifasının videosunu iş yoldaşları sosial mediada paylaşdıqdan qısa müddət sonra həmyerlimiz məşhurlaşıb.
Sabirabadın Həsənəli kəndində doğulan 25 yaşlı azərbaycanlı iş geyimində pianoda ifa edir.
A.Güləliyev deyib ki, Türkiyədə ona adını çəkmək istəməyən bir nəfər piano göndərib: “Ancaq gömrük vergisini ödəyə bilmədiyim üçün pianoya sahib ola bilmədim. Uşağı olmayan ana sizə nə qədər acı verirsə, pianosu olmayan pianoçuya da həyat bir o qədər ağır gəlir. 6 ildir inşaat ustası işləyirəm. Ancaq musiqi və piano ən böyük sevgimdir. Harada piano görsəm, dərhal ifa etməyə başlayıram”.