...

Vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə təklifə yeni elementlər daxil ediblər-amerikalı diplomat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir E.Hüseynov/ Beynəlxalq vasitəçilər Madriddə Ermənistan və Azərbaycan tərəflərinə təqdim olunan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yazılı təkliflərə yeni elementlər daxil ediblər. Yeni elementlərin detalları, danışıqılar gizli aparıldığından, açıqlanmır. "Bu təkliflərdə bir neçə yeni element var. Prezidentlər təklifləri tam öyrənib öz rəylərini bizimlə müzakirə edənədək, bu spesifik xüsusiyyətləri şərh etmək istəməzdim"- bazar ertəsi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Trend -ə elektron poçtu ilə müsahibəsində bildirib. ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun həmsədrləri -- ABŞ, Rusiya və Fransa noyabrın sonunda, Madriddə tərəflərə 10 prinsipdən ibarət yazılı təkliflər təqdim ediblər. Təklifləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə təqdim edən həmsədrlər bildiriblər ki, tez qəbul edilməsi üçün, təklifləri yazılı şəkildə təqdim ediblər. Onlar, hər iki ölkədəki prezident seçkilərindən sonra hakimiyyətin mümükün dəyişməsindən və yeni rəhbərlərin nail olunmuş razılaşmalardan imtina edəcəklərindən ehtiyat edirlər.. Brayzanın sözlərinə görə, həmsədrlər, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Köçəryandan Dağlıq Qarabağ münaqişəsinin həllinin həmsədrlər tərəfindən təklif edilən "baza prinsipləri" barəsində, hələ ki, rəsmi cavab almayıblar. "Biz hər iki tərəfin sənədləri ciddi öyrənməsini və təkliflərin fevralda, Ermənistanda keçiriləcək prezident seçkilərinədək qəbul edilməsinin mümkünlüyünə dair şifahi olaraq centlmen razılığı vermələrini müsbət inkişaf hesab edirik" - amerikalı həmsədr bildirib. "Razılığa nail olunduğu halda, biz tərəflərin "baza prinspilərini" açıqlamalarını təmin edəcəyik. Hələ ki, heç bir razılığa nail olunmayıb və biz spesifik elementlər haqqında şərh verməyəcəyik"-amerikalı həmsədr bildirib. Brayza bildirib ki, Minsk Qrupunun həmsədrləri yanvarın ortalarında münaqişə regionuna növbəti səfər zamanı təklifləri prezidentlərlə ətraflı müzakirə etmək niyyətindədirlər. "Həmsədrlər əmindirlər ki, hazırki fikirlər münaqişənin dinc yolla nizamlanmasının yeganə məntiqi və praktiki vasitələridir. Biz ümid edirik ki, hər iki prezident vahid rəyə gələcək"-amerikalı diplomat bildirib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddialarına görə başlayıb. Nəticədə, Azərbaycanın 20% toprağı -Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Tərəflər 1994-cü ildə atəşkəsə nail olublar. İndiyədək ATƏT-in Minsk Qrupu və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti