Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Trendə" eksklöziv müsahibəsi
- Azərbaycanın 2007-ci ildə həyta keçirdiyi xarici siyasçt fçaliyyçtini necə qiymətləndirirsiniz? Ədə olunmuş nailiyyətlər nədən ibarətdir və üzərində işləniləsi məqamlar varmı?
- Düşünürəm ki, cari il ərzində xarici siyasətimiz davamlı olaraq inkişaf etmiə və nailiyyətlərimiz artmışdır. Belə ki, 2007-ci ildə Azərbaycan üç beynəlxalq təşkilata sədrlik etmiş və onlardan ikisində sədrlik hələ də davam etməkdədir. İKT-də ilin ortalarında bitən XİN-in sədrliyi ən yüksək qiymətlərə layiq görülmüşdür. Hazırda GUAM və İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyimiz çərçivəsində də çox işlər görmüşük və təşkilatların əməkdaşlıq diapozonunu və daxili mexanizmlərini xeyli gücləndirmişik.
2007-də BMT çərçivəsində Azərbaycanın ən ağrılı məsələsi - Ermənistanən təcavazü və işğalı ilə bağlı iki bənd Baş Assambleyanın 62-ci sessiyasının gündəliyinə daxil edilmişdir. Beynəlxalq təşkilatlar və fərdi ölkələr Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini artan şəkildə dəstəkləyir, bunu rəsmi mövqeləri, bəyanatları və sənədlərində əks etdirirlər.
NATO ilə münasibətlərimiz FTƏP, Avropa İttifaqı ilə isə Qonşuluq Siyasəti çərçivəsində uğurla davam etdirilir.
İkitərəfli əlaqələrimizdə də böyük tərəqqi var. Cünubi Amerika, Afrika və Asiya regionunun ölkələri ilə yeni əməkdaşlıq mexanizmlərimiz yaranmışdır. Səfirliklərimizin açılması, ikitərəfli sənədlərin imzalanması, beynəlxalq və çoxtərəfli formatlarda əməkdaşlıq həmin ölkələrlə münasibətlərimizə təkan vermişdir. Maraqlısı odur ki, əgər əvvəllər əlaqələrin qurulmasına Azərbaycan can atırdısa, indi bu ikitərəflidir və birbaşa olaraq Azərbaycanın artan roluna, onun genişlənən potensialına dəlalət edir. Keçən il yalnız XİN səviyyəsində Azərbaycana gələn yüksək rəsmilərin sayı bir neçə dəfə artmış, imzalanan sənədlərin mahiyyəti və əhatəsi genişlənmişdir.
Ümumiyyətlə, 2007-ci ildə Azərbaycanın xaricdə 7 səfirliyi və diplomatik ofisi, xarici ölkələrin isə Azərbaycanda 6 səfirliyi açılmışdır.
Qonşu ölkələr və əsas tərəfdar dövlətlərə əlaqələrimizdə də inkişaf muşahidə olunmuşdur.
Sadalaya biləcəyim məsələlər çoxdur, lakin onların əksəriyyəti baradə biz il ərzində ictimaiyyəti məlumatlandırmışıq. Eyni zamanda, biz nailiyyətlərimizlə kifayətlənən deyilik, 2008-də milli maraqlarımızı irəli aparmaq üçün səylərimizi daha da artacağıq.
- Madriddə keçirilən son görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair plan tərtib etdilər. Sənədin əsasənı nə təşkil edir və Azərbaycanın bu sənədlə bağlı mövqeyi nədən ibarətdir? Münaqişənin həll prosesinin davamını necə görürsünüz?
- Azərbaycanın bütün işğal olunmuş əraziləri üzərində öz ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmalı və Ermənistan dövləti tərəfindən etnik təmizləməyə məruz qalmış məcburi köçkünlər öz torpaqlarına, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qayıtmalıdır. Madrid təklifləri də məhz bu məntiq üzərində qurulub.
- Azərbaycan və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, 2008-ci ili Dağlıq Qarabağ munaqişəsinin həlli baxımından necə xarakterizə etmək olar?
- Biz real təhlilə və real addımlara söykənərək öz siyasətimizi qururuq. Və yalnız Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində siyasi iradəsini gördüyümüz təqdirdə nikbin ola bil?rik.
- Türkmənistan və İran arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair dannışqlarda iflic vəziyyətə son qoyulubmu? İkitərəfli və çoxtərəfli əsasda aparılan danışıqlar hansı mərhələdədir?
- Zənnimcə, iflic heç zaman olmayıb, sadəcə fikir ayrılıqları mövcud olub və qalmaqdadır. Lakin bir sıra vacib tədbirlər, o cümlədən Dövlət Başçılarının sammiti olub və bu, bizə məsələnin həll ediləcəyinə ümidlər verir.
İndi İşçi Qrupu səviyyəsində görüşlər planlaşdırılır.
- Azərbaycanın GUAM-la bağlı planları necədir? İqtisadi əməkdaşlığın genişləndirilməsi və sülhməramlı batalyonun yaradılmasına dair layihələr hansı mərhələdədir?
- Xİ N GUAM-da sədrlik ilə bağlı xüsusi proqram hazırlamaqdır və ona əsasən işlər aparılır. Proqramın əsas bəndləri aşağıdakılardan ibarətdir:
GUAM məkanında uzadılmış münaqişələrin həlli sahəsində əməkdaşlıq;
Mühafizə-hüquq və təhlükəsizlik sahəsində əməkdaşlıq;
Beynəlxalq təşkilatlar çərçvəində qarşılıqlı fəaliyyət, digər ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq;
İqtisadiyyat sahəsində əməkdaşlıq və biznes dairələrinin əməkdaşlığa dəstək;
Nəliyyat, rabitəvəinformasiya texnologiyaları sahəlrində əməkdaşlıq və GUAM nəqliyyat dəhlizlirinin inkişafı;
Alternativ enerji mənbələrinin istifadəsi daxil olmaqla, enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlıq;
Fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlıq;
GUAM Parlament Assambleyası çərçivəsində əməkdaşlığa dəstək;
Humanitar və turizm sahəsində əməkdaşlıq;
GUAM təsisatlanması prosesinin bitirilməsi və
GUAM yubileyi və informasiya sahəsində iş.
Biz artıq bütün bu bəndlər üzrə iş aparırıq və ekspert görüşləri, məzakirələr, beynəlxalq təşkilatlar çərivəində iş mütamadi xarakter almışdır.
-Belqrad və Priştina arasında güzəştə nail olenması mümkün olmadığını nəzərə alaraq, Kosovo böhranından çıxış yolunu nədə görürsünüz? Kosovonun müstəqillik əldə etdiyi təqdirdə, digər "dondurulmuş" münaqişilər üçün presedent olması fikri ilə razısınızmı?
- Münaqişələri beynəlxalq hüquq çərçivəsəində həll etmək lazımdır. Beynəlxalq təşkilatlar və müxtəlif ölkələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini bildiriblər. Hazırda BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində GUAM-ın uzadılmış münaqişələrlə bağlı təklif etdiyi qətnamənin qəbulu da Kosovo məsələsinin presedent olmasına qarşı tutarlı bir arqument olacaqdır. Belə ki, həmin qətnami münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlülü və sərhədlərinin toxunulmazlıqı prinsiplərinə əsasən həll edilməsini nəzərdə tutur.