...

Azərbaycanın Mədafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı 25 mart / Trend / Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 18.50-dən 19.00-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığında yerləşən mövqelərini, saat 16.20-dən martın 25-i saat 06.15-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.35-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 03.00-dan 03.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti