...

Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın statusu məsələsində Azərbaycan və Ermənistanı kompromisə çağırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2008 17:41 (UTC +04:00)
Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın statusu məsələsində Azərbaycan və Ermənistanı kompromisə çağırırlar

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir K.Ramazanova/ ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini yaxın tarixdə görüşməyə çağırırlar.

"İki dövlət başçısı və Minsk Qrupunun həmsədrləri "Əsas prinsiplər" bazasında danışıqları davam etdirmək, müzakirə edilən təkliflərə aydınlıq gətirmək və sülh danışıqlarının dəstəklənməsinə dair əlavə addımlar atmaq qərarına gəliblər", Buxaerstdə Azərbacyan və Ermənistanın rəhbərləri ilə görüş keçirən ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.

Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və bu regionun əhalisi tərəfindən müəyyən edilməli olan Dağlıq Qarabağın statusu üzrə siyasi kompromislərin vacibliyini bir daha vurğulayıblar.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti