...

Ermənistan Azərbaycan torpaqlarını azad etməyə meyllidir – Türkiyə prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2008 16:06 (UTC +04:00)
Ermənistan Azərbaycan torpaqlarını azad etməyə meyllidir – Türkiyə prezidenti

Azərbaycan, Bakı, 11 sentyabr / Trend / Türkiyə prezidenti Abdullah Gül Ermənistanın işğal edilən Azərbaycan torpaqlarını azad etməyə meylli olduğunu bildirib. Bu haqda Türkiyənin "Dunya bulteni" informasiya agentliyi xəbər verib.

Bakı səfərindən Türkiyəyə qayıdan Gül mətbuat nümayəndələrinin suallarını cavablandırarkən Ermənistanın işğal edilən Azərbaycan torpaqlarını azad etməyə meylli olduğunu və Sarkisyanın Ermənistan-Azərbaycan probleminin həll edilməsinin vacibliyini dərk etdiyini bildirib.

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə meyllidir. Sarkisyanla görüşümdə mən bunun şahidi oldum", - deyə Gül bildirib.

Gül Rusiyanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət yanaşdığını güman etdiyini bildirib. "Rusiyanın da Ermənistan-Azərbaycan münaqişəsinin həllini istədiyini güman edirəm. Çünki Rusiya regionda özünün təcrid edilməsinə razı olmaz", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti