...

Dağlıq Qarabağ münaqişəsinin Almaniya parlamentində müzakirəsi planlaşdırılır -parlamentin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2008 17:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin Almaniya parlamentində müzakirəsi planlaşdırılır -parlamentin sədri

Azərbayan, Bakı, 22 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağ münaqişəsinin Almaniya Bundestaqında (parlament) müzakirəsi planlaşdırılır.

"Ümid edirik ki, bu müzakirələr problemin həllinə yaxşı dəstək ola bilər",- bu barədə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov çərşənbə günü Almaniya Bundestaqının Cənubi Qafqaz parlamentlərarası əməkdaşlıq üzrə İşçi Qrupunun rəhbəri Şteffen Rayşe ilə görüşündə bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi - Azərbaycan və Ermənistanq arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Hazırda Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Almaniya Bundestaqının Sosial - Demokrat Partiyası fraksiyasının nümayəndə heyəti oktyabrın 22 - də Azərbaycana səfərə gəlib.

Şteffen Rayşenin rəhbərlik etdiyi nümayəndə heyyətinin səfərində məqsəd Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair danışıqlar aparmaqdır.

Əsədovun sözlərinə görə, Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılması təşəbbüsünü parlamentin bir neçə fraksiyası irəli sürüb.

"Almaniya Bundestaqının bir neçə fraksiyasının dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin parlamentdə müzakirəyə çıxarılması gözlənilir", - Əsədov əlavə edib.

Spiker qeyd edib ki, parlamentarilərin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın inkişafına yaxşı töhfə verir. Əsədov bildirib ki, Azərbaycan Almaniya ilə parlamentlərarası əməkdaşlığlın inkişafına böyük önəm verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti